Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Gahirədə müsəlmanlarla xristianlar toqquşub


Şənbə günü Qahirədə müsəlmanlarla xristianlar arasında baş vermiş toqquşmalarda 9 nəfər ölüb,100-dən çox adamsa yaralanıb.

Bu barədə həkimlər və hüquq mühavizə orqanlarının nümayəndələri xəbər verirlər.
Toqquşma vaxtı ətrafdakı xristian kilsəsinin binası yandırılıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Münaqişəyə səbəb bir qrup müsəlmanın kilsəyə soxularaq orda saxlanılan xristian qadının verilməsini tələb etmələri olub.

Onlar deyirlər ki, qadın islamı qəbul edib və kilsədə zorla saxlanılır.
XS
SM
MD
LG