Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 01:37

Avropanın ən mömin ölkəsi Rusiya imiş


Rusiya Patriarxı prezident Medvedyevlə birgə
Rusiya Patriarxı prezident Medvedyevlə birgə

Bu ölkədə əhalinin 82 faizi Allaha inanır



Rusiya – Avropanın ən dindar ölkəsidir. Bu ölkədəki ateistlərin əksəriyyəti kişilərdir. Burda pravoslavların sayı müsəlmanlarda daha çoxdur. Son zamanlar keçirilən iki sorğunun nəticələri bunu göstərib.

Nəticələrə görə, Rusiyada aparıcı dini təşkilat – pravoslav kilsəsidir.

Ölkədə keçirilən sorğu iştirakçılarının 82 faizi Allaha inandıqlarını deyiblər. Lakin onların 50 faizi Rusiya Pravoslav Kilsəsinə aid olduqlarını açıqlayıblar.

Bu tədqiqat İctimai Rəy Fondu (Public Opinion Foundation) və Sreda adlı dini araşdırma qrupu tərəfindən aparılıb.

İnterfaks Agentliyinin yaydığı məlumata görə, respondentlərin 27 faizi özünü heç bir dinə aid etməyib. Bu cür cavaba gənclər və Ural sakinləri arasında daha çox rast gəlinib.

Sorğu iştirakçılarının 13 faizi özünü ateist adlandırıb. Din-imanı olmayanların əksəriyyəti kasıblar və fəhlələr arasında imiş. Onlar heç yeməyə pul tapmadıqlarını deyiblər. Ateistlərin 68 faizi kişilərdir.

Cəmi 4 faiz Rusiya sakini müsəlman olduğunu bildirib. Bundan da az faiz özünü digər dinlərə aid edib.

Sorğu Rusiyanın 83 regionundan 43-də aparılıb və 1500 insanı əhatə edib. Moskva patriarxının nümayəndələri sorğunun nəticələrini şərh etmək istəməyib.

Bundan əvvəl beynəlxalq İpsos təşkilatının apardığı sorğu Rusiyanın Avropada ən inanclı ölkə olduğunu göstərmişdi. Həmin sorğuda iştirak edənlərin 56 faizi Allaha inandıqlarını açıqlamışdı. Bu göstərici Polşada 51 faiz, İtaliyada 50, İsveçə isə 18 faiz təşkil edirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG