Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 18:38

5 nəfər barəsində cinayət işi açılıb


Təhsil nazirliyi qarşısında dini şüarlar
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid
Mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirən 5 nəfər barəsində cinayət işi başlanıb.

Bu barədə «APA»ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aksiyada ümumilikdə, ictimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan 65 nəfər saxlanıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. 38 nəfər xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 22 nəfər barəsində isə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

Mayın 6-da saat 11 radələrində bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağa əleyhinə dini şüarlar səsləndiriblər. Polis aksiyanın qarşısını alıb. Xəsarət alanlar var.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə həvalə olunub.
XS
SM
MD
LG