Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 19:40

Vidadi İsgəndərlinin apelyasiya şikayətinə baxılacaq

Mayın 6-da hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsindən verilən apelyasiya şikayətinə baxılacaq.

V.İsgəndərli İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunub, 15 sutka azadlıqdan məhrum edilib.

Ancaq mayın 2-də - həbs cəzası bitən gün yeni ittihamla həbsinin müddəti artırılıb. Deputatlığa keçmiş namizəd olmuş V. İsgəndərliyə qarşı seçkidən bir qədər sonra cinayət işi açılıb. Barəsində seçkiyə müdaxilə ittihamı ilə 2 aylıq həb-qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi 2010-cu ilin 7 noyabr parlament seçkisində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizəd olub.
This item is part of
XS
SM
MD
LG