Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Tripoli üsyançılara dəstək fondu yaradılmasını ittiham edib


Rəsmi Tripoli liviya üsyançılarına dəstək fondunun yaradılmasıyla bağlı beynəlxalq əlaqə qrupunun qərarını ittiham edib.

Liviya hökumətinin sözçüsü Mussa İbrahim beynəlxalq aləmi liviyalıların fikrini eşitməyə çağırıb və Gaddafinin istefasıyla bağlı çağırışları əxlaqsızlıq adlandırıb.

Liviyayla bağlı beynəlxalq əlaqə qrupunun bu gün Romada keçirilən görüşündə yaxın həftələrdə üsyançılara dəstək fondu yaradılmasıyla bağlı qərar qəbul olunub.

Məlumatlara görə, Liviyada gedən toqquşmalarda indiyədək 10 minədək adam ölüb.
XS
SM
MD
LG