Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Obama bin Ladenin öldürülməsinin dünyaya mesaj olduğunu deyib


Osama bin Ladenin öldürülməsi dünyaya bir mesajdır ki, biz dediyimizi unutmuruq və nə dediyimizi bilirik.

Bunu ABŞ prezidenti Barack Obama bu gün Nyu-Yorkdakı yanğınsöndürmə idarəsində çıxış edərkən deyib.

Qeyd edək ki, 11 sentyabr terror aktları zamanı alovla mübarizədə bu idarənin 15 əməkdaşı ölüb.

Barack Obamanın bu gün Nyu-Yorkda 11 sentyabr terror aktları qurmanlarının xatirəsini yad edəcəyi və ölənlərin ailələrilə görüşəcəyi gözlənilir.

Mərasim bin Ladenin uzun müddət pakistanda daldalana bilməsilə bağlı ABŞ-la Pakistan arasında yaranmış gərginliyin fonunda keçirilir.

Pakistanın xarici işlər naziri Salman Bashir bir daha Pakistanın kəşfiyyat xidmətilə əl Qaidə arasında əlaqə olması barədə fikirləri qəti şəkildə rəd edir.
XS
SM
MD
LG