Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:43

Xəzər-Lənkərana hollandiyalı məşqçi gəlir


“Xəzər - Lənkəran” futbol klubuna daha bir xarici mütəxəssis gəlir.

Apasport.az saytının məlumatına görə, klub aşağı yaş qruplarındakı komandalarda işi gücləndirmək üçün Hollandiyadan məşqçi dəvət edib.

Bu, məşhur “Alkmaar” klubunun məşqçisi Gideon van der Vidir.

30 yaşlı gənc mütəxəssis Hollandiya təmsilçisinin C1 komandasında məşqçi kimi çalışır.

Məşqçi Xəzər Lənkərana klubun hollandiyalı idman direktoru Fabian Veldviykin vasitəçiliyi ilə dəvət olunub.
XS
SM
MD
LG