Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:34

ABŞ və İtaliya Suriya hökumətini müxalifətlə dialoqa çağırıblar


Birləşmiş Ştatlarla İtaliya Suriyada etirazçılara qarşı zorakılıqları təcili dayandırmağa çağırıblar.

ABŞ Dövlət katibi Hillari Clintonla İtalinayın xarici işlər naziri Franco Fratini Romada keçirdikləri mətbuat konfransında bildiriblər ki, Suriya rejimi müxalifətlə dialoqa getməlidir.

Yerli hüquq müdafiəçiləri son 6 həftə ərzində ölkədə azı 560 nümayişçinin öldürüldüyünü deyirlər.

Müxalifət ölkədə islahatlar aparılması və prezident Başhar al Assadın istefasını tələb edir.
XS
SM
MD
LG