Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 16:34

Netanyahu Fələstin fraksiyaları arasında razılaşmasını pislədi


İsrail baş naziri Benjamin Netanyahu Fələstin fraksiyaları arasında yeni birlik razılaşmasını pisləyib, onu Yaxın Şərq danışıqlarının tənzimlənməsi prosesinə «dəhşətli zərbə» olduğunu deyib.

Mayın 4-də Misirdə Fələstinin FƏTH və HƏMAS qruplaşmaları arasında barışıq imzalanıb. FƏTH fraksiyası İsraillə sülh danışıqlarını dəstəkləsə də, İranın dəstəklədiyi HƏMAS İsrailin dağılmasını istəyir.

Londonda səfərdə olan İsrail baş naziri Netanyahu razılaşmanın «terror üçün böyük qələbə və sülh üçün dəhşətli zərbə» olduğunu deyib.

Netanyahu bildirib ki, İsrailin mövcudluğuna son qoymaq istəyən istənilən partiya İsraillə sülh danışıqlarının iştirakçısı ola bilməz.

ABŞ hökuməti HƏMAS-ı rəsmən terrorçu təşkilatlar siyahısına salıb.
XS
SM
MD
LG