Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:13

Tunis hökuməti devrilmiş prezidentə qarşı yeni ittihamlar irəli sürüb


Tunis hökuməti devrilmiş prezident Zine al-Abidine Ben Ali və onun həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürüb. İttihamlar yanvar ayında kütləvi aksiyalar zamanı bir neçə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə bağlıdır.

Buna qədər Tunis hökuməti Ben Aliyə qarşı dövlətçilik əleyhinə fəaliyyətə görə ittiham irəli sürüb.

Yanvarın 14-də ölkədən qaçan devrilmiş prezident və onun yaxınları Səudiyyə Ərəbistanındadırlar. Tunis rəhbərliyi onların verilməsini tələb edir.
XS
SM
MD
LG