2010-cu ilin Nobel mükafatçısı, Peru yazıçısı Mario Varqas Lyosa “xərçəng xəstəliyi və AİDS arasında qaldığını” deyir.
O, Peruda keçirilmiş prezident seçkilərindən sonra ikinci tura çıxan namizədlər arasında seçim etmək dilemmasını belə obrazlı şəkildə ifadə edib.
Lyosa deyib ki, “iki şər qüvvə arasında” seçim edib və iyundakı ikinci turda keçmiş ordu zabiti, populist solçu Ollanta Humala-ya səs verəcək. (“Guardian”)
O hesab edir ki, Humalaya “məyusluq və qorxu hissi ilə” səs verəcək, çünki onun alternativi Keiko Fucimori-dir.
Keiko 2 il qabaq hakimiyyətdən sui-istifadə, günahsız insanların ölümünə əmr vermək kimi ağır cinayətlərdə təqirli bilinərək 25 illiyinə həbs edilmiş keçmiş prezident Alberto Fucimorinin qızıdır.
Bu həmin Alberto Fucimoridir ki, vaxtilə prezident seçkilərində Lyosanın rəqibi olub. 1990-cı ildə keçirilmiş prezident seçkilərində o, Lyosanı məğlub edə bilmişdi.
Nobel mükafatlı yazıçı ehtiyat edir ki, ifrat sağçı Keiko hakimiyyətə gəlsə, atası kimi ölkəni avtoritar üsullarla idarə etməyə başlayacaq.
Lyosanı tənqid atəşinə tutan bloqçular isə yazırlar ki, ifrat solçu Humala prezident olandan və özünü pərəstiş etdiyi qalmaqallı Venesuela prezidenti, sosialist Hüqo Çaves kimi aparmağa başlayanda yazıçı öz seçiminə peşman olacaq.
Çaves demokratik Qərb ölkələrilə daim konfliktdə olan, ölkəsində azad medianı sıxışdıran bir rəhbər kimi tanınır.
“Sadəlövh", "məsuliyyətsiz" və "psixi problemləri olan” – bunlar bloqçuların Lyosa haqda işlətdikləri ən yumşaq epitetlərdir.
Bloqçular 75 yaşlı yazıçını seçki məsələlərinə qarışmamağa, bitərəf qalmağa çağırırlar.
Lyosa isə ümid edir ki, Humala hakimiyyətə gəlsə, Latın Amerikasının başqa bir sosialist lideri, keçmiş Braziliya prezidenti Luiz Inácio Lula da Silva kimi siyasət yürüdəcək, tədricən, “soldan mərkəzə doğru” yönələcək.
İfrat solçu və ifrat sağçı namizədlərin Perudakı seçkilərdə ikinci tura çıxmaları mərkəzçi namizədlərin bir-birinə güzəştə getməməsi, bununla da birinci turda elektoratlarını parçalaması ilə bağlıdır.
Son rəy sorğularına görə, Humalanı seçicilərin 40,6 faizi, Fucimorini isə 36,8 faizi dəstəkləyir. Amma keçmiş prezidentin qızı sorğularda öz rəqibinə getdikcə daha çox yaxınlaşır.