Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Fransa senatı "erməni soyqırımı" məsələsini müzakirə edir


Fransa senatı “erməni soyqırımı” nın inkarına görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinə baxır.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Fransa parlamentinin aşağı palatası hələ 2006-cı il oktyabrın 12-də belə bir sənəd qəbul edib.

Amma sənədin qüvvəyə minməsi üçün onu senat da ratifikasiya etməlidir.

“Ay Dat” erməni komitəsinin Fransadakı ofisinin rəhbəri Qraç Varjapetyan Azadlıqradiosunun erməni xidmətinə müsahibəsində sənədin lehinə və əleyhinə olanların yarıbayarı olduğunu deyib.

Onun sözlərinə görə Fransa prezidenti Nikole Sarkozy erməni icmasının nümayəndə heyətilə görüşdə deyib ki, səsvermə zamanı senatorlara mane olmayacaq.
XS
SM
MD
LG