Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:27

Gəncəli ruhanilər aclığı dayandırıblar


Aprelin 26-dan Gəncədəki 2 saylı İstintaq Təcridxanasında aclıq edən ruhanilər Azər CəbiyevFəxri İlyasov mayın 4-də aksiyanı dayandırıblar.

Məlumatı AzadlıqRadiosuna vəkil Elçin Namazov verib.Vəkil bildirib ki, ATƏT məhkəməni nəzarətə götürüb.

Azər Cəbiyev aprelin 26-dan, Fəxri İlyasov isə aprelin 27-dən aclıq aksiyasına başlamışdılar.

Onlar sifarişlə tutulduqlarını, barələrində açılan iş üzrə keçirilən məhkəmələrin saxtalaşdırıldığını bildirir və buna etiraz edirdilər.

Mediaforuun məlumatına görə, mayın 4-də Gəncənin Nizami Rayon Məhkəməsində Azər Cəbiyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Ruhanilərə aksiyanı dayandırmaq xahişi ilə din xadimlərinin, ictimaiyyət nümayəndələrinin müraciətlər ünvanladığını xatırladan Elçin Namazov deyib ki, Azər Cəbiyev hakim qarşısına çıxa bilməsi üçün aclığı dayandırmaq qərarına gəlib: “Fəxri İlyasov da həmin gün aclığı dayandırmağı qərara alıb”.

Azər Cəbiyevin işi üzrə bu keçirilən iclasda şahidlər dindirilib: “Bir-birinə zidd ifadələr səsləndi. Növbəti proses mayın 11-nə təyin edildi”.

Azər Cəbiyev və Fəxri İlyasov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunurlar.
XS
SM
MD
LG