Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:44

Əsrin sonunda dünya əhalisi 10 milyarda çatacaq


20-ci əsrdə qlobal siyasəti müəyyənləşdirən problemlər 21-ci əsrdə də öz həllini tapmayıb
20-ci əsrdə qlobal siyasəti müəyyənləşdirən problemlər 21-ci əsrdə də öz həllini tapmayıb
Dünya əhalisinin sayı əsrin sonuna kimi 10 milyarda çatacaq.

Bu proqnozu BMT verir. Onun mayın 3-də açıqlanan hesabatında deyilir ki, əsrin ortasında əhalinin sayı 9 milyarda çatacaq, 2100-cü ildə isə 10 milyardı ötəcək.

Afrikada əhalinin üç qat artımı proqnozlaşdırılır. Əhalinin artımı bu qitədə sakinlərin ərzaq və su təchizatını çətinləşdirə bilər.

Demoqraflar xatırladırlar ki, 20-ci əsrdə qlobal siyasəti müəyyənləşdirən problemlər 21-ci əsrdə də öz həllini tapmayıb.

Nyu-Yorkdakı Əhali Fondunun demoqrafı Con Bonqaarts (John Bongaarts) deyir:

«Hər milyard adam hər kəs üçün həyatı çətinləşdirir. Bu, dünyanın sonudur? Yox. Biz 10 milyard adamı yedizdirə bilərik? Yəqin ki. Amma biz açıq-aşkar istərdik ki, az əhali ilə yaxşı təmin olunmuş dünyada yaşayaq».

KASIB ÖLKƏLƏRDƏ DOĞUM ARTIR

BMT rəsmisi Hanya Zlotnik (Hania Zlotnik) deyir ki, kasıb ölkələrin inkişafına yardım edən varlı Qərb dövlətləri indi seçim qarşısındadırlar: bu ölkələrdə ailə planlaşmasına həvəsləndirən proqramlara qol qoysunlar, ya yox?

Bir çox ölkələrdə 1970-1980-ci illərdə seksual tərbiyə və qadınların cəmiyyətdə rolunun artırılması hədəf kimi seçilib. Amma indi bu proqramlar işləmir.

Arzuolunmaz hamiləliyin qarşısının alınmasına 2009-cu ildə 238 milyon dollar xarici yardım ayrılıb. ABŞ uzun müddət bu işdə böyük donor olub. Amma ötən ay Konqresdə büdcə müzakirələri zamanı ailə planlaşdırılması proqramlarının maliyyələşdirilməsi 5 faiz azaldıldı.

YƏMƏN, NİGERİYA, HƏTTA ABŞ-DA DA ƏHALİ SÜRƏTLƏ ARTIR

Kasıb ölkələrin inkişafına yardım edən varlı Qərb dövlətləri indi seçim qarşısındadırlar
BMT-nin hesablamalarına əsasən, əhali artımı ilə Yəmən də üzləşə bilər, əsrin sonunda əhalisinin sayı 25 milyondan 100 milyona çata bilər. Yəmən artıq ərzaq idxalından asılıdır və su çatışmazlığı ilə üzləşib.

Afrikanın ən çox əhalisi olan Nigeriyada adamların sayı 2100-cü ilə qədər 160 milyondan 730 milyona qalxa bilər. Çində isə əhalinin sayının 940 milyon artacağı proqnozlaşdırılır. ABŞ-da da əhali sürətlə artır. Bu ölkədə artım əsasən yüksək miqrasiyanın və ispandilli mühacirlərin sayəsində baş verir. Hesablamalara əsasən, ABŞ-da əhalinin sayı əsrin sonuna kimi 311 milyondan 478 milyona çatacaq.

FƏLAKƏTLƏR TORMOZ OLA BİLMƏYƏCƏK


Hesablamalara əsasən, potensial fəlakətlər - iqlim dəyişiklikləri, müharibələr və ya epidemiyalar əhali artımında əyləc rolunu oynaya bilməyəcək.

BMT rəsmisi H. Zlotnik deyir ki, AIDS-in əhali artımına mənfi təsir göstərəcəyi ilə bağlı fikirlər özünü doğrultmur:

«1990-cı illərdə Afrikada bu virusun yayılması, yoluxma yüksək idi, amma virusla yeni tibbi mübarizə metodu ölüm səviyyəsini aşağı salıb. Uşaq ölümünün də səviyyəsi azalıb».

ÜMİD TƏHSİLƏ QALIB

Mütəxəssislər hesab edir ki, yaxşı hazırlanan proqramlar hətta ən kasıb ölkələrdə artım tempini aşağı sala bilər. Banqladeş, İran, Meksika, Şri-Lanka və Tailand kimi ölkələrdə informasiya və hamiləliyə nəzarət metodlarına yiyələnən qadınlar daha az uşaq sahibi olmaq istəyiblər.

Bəzi tədqiqatlar göstərir ki, hamiləlik əleyhinə asan vasitələrdən istifadə heç də həmişə kifayət etmir. O cümlədən, təhsil qızlara ailə planlaşdırmasında yardım edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG