Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:09

Osama bin-Ladenin cəsədinin şəkli ictimaiyyətə göstərilə bilər


Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Leon Panetta deyib ki, Osama bin Ladenin cəsədinin şəkli yaxın gələcəkdə ictimaiyyətə açıqlana bilər. Panettanın sözlərinə görə, hər halda sonda buna Ağ ev qərar verəcək.O, deyib ki, bu şəklin nə vaxt ictiamiyyətə açıqlanmalı olduğunu bilmir.

Ağ Ev əl-Qaidə liderinin öldürülməsi ilə bağlı bəzi detalları açıqlayıb. Bildirilir ki, o, başından vurulub, silahlı olmayıb. ABŞ onu da bəyan edib ki, Pakistanın indiyə kimi bin-Ladenin gizlənməsinə yardım göstərib-göstərmədiyini də araşdırır.
XS
SM
MD
LG