Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:59

Bəxtiyar Hacıyevin valideynləri Ramil Usubovla görüşmək istəyir


Bəxtiyar Hacıyev
Mayın 5-i saat 11:00-da həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə iclası keçiriləcək.

Şahidlərin dindirilməsi davam edəcək, zaminə buraxılması ilə əlaqədar vəsatətlər qaldırılacaq.

B. Hacıyevin qardaşı Vüqar Hacıyev AzadlıqRadiosuna bildirib ki, mayın 5-də Bəxtiyarın çıxışı və prosesin yekunlaşacağı gözlənilir.

Bu arada B. Hacıyevin valideynləri mayın 5-də Daxili İşlər naziri ilə görüşmək üçün müraciət ediblər. Həmin gün nazir Ramil Usubov Gəncə şəhər Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayon sakinlərini qəbul edəcək.

Gənc fəal B. Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunur. Məhkəmə aprelin 8-də onun barəsində müddətsiz həbs-qətimkan tədbiri seçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG