Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:35

«Ukrayna» meydanı, qayğısız gənclik, 27 siyasi məhbus və...


Mətbuat icmalı
Mətbuat icmalı
««UKRAYNA» MEYDANI DA VERİLSƏ, RADİKAL MÜXALIFƏT BU MEYDANDAN İMTİNA EDƏCƏK»

YAP-ın mətbuat xidmətinin rəhbəri, Siyasi Şuranın üzvü Hüseyn Paşayev «Yeni Müsavat» qəzetinə müsahibəsində belə deyib:

«Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bütün siyasi partiyalara onların aksiyalarını keçirməsi üçün meydanlar ayrılıb. Həmin meydanlarda vaxtilə seçki dövründə YAP öz mitinqlərini keçirib. YAP hər hansı meydanda mitinq keçirirsə, həmin ərazilərdə mitinq keçirməyi özünə rəva bilirsə, bəs onda həmin müxalifət hansı iddia ilə o meydandan imtina edir? Sadəcə, həmin müxalifət partiyaları ayrılmış bir ərazidə öz tərəfdarları ilə mitinq keçirmək iqtidarında deyil. Onlar bu zaman gülünc vəziyyətə düşdüklərini bir daha cəmiyyətə nümayiş etdirmiş olacaqlar. Onlara lazımdır ki, əhalinin sıx olduğu yerlərdə hər hansı bir mitinq keçirsinlər və videokameralarda da kütləvilik görüntüsü yaradılsın. Təbii ki, günün istənilən saatında «Sahil» metrosunun ətrafında, yaxud «Fəvvarələr» meydanında iki nəfər bir-biri ilə dalaşırsa, o zaman 100-200 adam da dayanıb tamaşa edəcək, bir izdiham yaranacaq. Müxalifət də bunu bildiyi üçün bilərəkdən bu addımı atır. Onlara heç cür sərf etmir ki, Bibiheybətdə, YAP-ın dəfələrlə mitinq keçirdiyi stadionda mitinq keçirsinlər. Onların son vaxtlar keçirdiyi mitinqlərdə bir daha sübut olundu ki, jurnalistlərin sayı mitinq iştirakçılarının sayından dəfələrlə çoxdur...».

«GƏNCLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İRSİNƏ DƏRİN HÖRMƏTLƏ YANAŞIRLAR»

«Azərbaycan» qəzeti
yazır: «Gənclərin ulu öndər Heydər Əliyev irsini dərindən öyrənməsi, ümummilli liderin siyasətinin həyata keçirilməsinə böyük ehtiyac var».

YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan gəncliyinin qayğısız, firavan böyüməsinin fundamental əsası Heydər Əliyev tərəfindən qoyulub:

«Biz ulu öndərin vəsiyyətinə əməl edərək həmişə gənclərlə işimizi genişləndiririk. Bu siyasət YAP-ın fəaliyyətinin əhəmiyyətli bir istiqamətini təşkil edir».

«HƏBSLƏR DALĞASI YENƏ DAVAM EDƏ BİLƏR»


«Hüquq müdafiəçisi Vidadi İsgəndərovun həbsi ilə potensial siyasi məhbusların sayı 27 nəfərə çatdı. İndi hər şey gözləmək olar. Bir həftə əvvəl demişdim ki, yeni həbslər baş verəcək. Ola bilsin ki, həbslər dalğası yenə davam etsin. Mənim proqnozuma görə, yaya kimi İctimai Palata ilə bağlı açılan cinayət işi qurtaracaq. Gələn ilin əvvəllərində isə İslam Partiyasının üzvlərinin məhkəmə işinə başlayacaqlar. Ola bilsin, sabah bir jurnalistə qarşı da cinayət işi açılsın».

Bunu «Bizim Yol» qəzetinə hüquq müdafiəçisi Leyla Yunus deyib.

Onun fikrincə, siyasi sifarişlə həbs edilən 27 məhbusun məhkəməsinin nisbətən ədalətli keçiriləcəyinə ümid edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG