Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 19:52

Suriyada ordu reydlərini davam etdirir

Suriya təhlükəsizlik qüvvələri mayın 3-də Banias sahil şəhərində reydlərə başlayıblar. Röytersin şahidlərə istinadən verdiyi məlumatlara görə, ordu şəhərin şimal, təhlükəslzik qüvvələri isə cənub girişlərini nəzarətə alıb və mərkəzi bazarda reydlərə başlayıblar. Hələ ki hadisənin başqa detalları açıqlanmır.

Qırmızı Xaç Komitəsi təcili olaraq yaralananlar və həbs edilənlərlə görüş imkanı verilməsini tələb edir. Deraa şəhərində vəziyyət xüsusilə gərgindir. MArtın 18-də baş qaldıran üsyandan sonra keçən həftə hökumət əsgərlər və tanklarını bu şəhərə göndərib.

Fəallar bütün Suriya boyu həbsləri ndavam etdiyini bildirirlər. Suriyanın Milli İnsan Haqları təşkilatları birliyinin sədri Ammar Qurabi deyib ki, son hadisələrdə azı 1000 nəfər həbs edilib.
This item is part of
XS
SM
MD
LG