Keçid linkləri

2026, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:41

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Bakıya gəlir

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Bakıya matyın 9-da gələcək.

Bu barədə ATƏT-in Bakı Ofisinin sözçüsü Rəşad Hüseynov AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, Miyatoviçin rəsmi görüşləri mayın 10-da başlanacaq.

11-də isə ATƏT-in Bakı Ofisi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə «Qanunvericilik islahatları vasitəsilə Diffamasiyanın dekriminallaşdırılması» mözzusunda konfrans keçiriləcək. Dinya Miyatoviçin açılış nitqilə çıxış edəcəyi konfransda media nümayəndələri ilə yanaşı Prezident Adminstrasiyasının, Milli Məclisin və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də xarici mütəxəssislər iştirak edəcəklər.

ATƏT təmsilçisinin Azərbaycana səfəri mayın 13-də yekunlaşacaq.
This item is part of
XS
SM
MD
LG