«Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan üçün çox mühümdür. Ümidvarıq ki, «Şərq Tərəfdaşlığı» proqramı bu əməkdaşlığı daha yüksək mərhələyə qaldıracaq».
Bu fikirləri Azərbaycanın EURONEST - də nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qurumun ilk iclasında çıxışı zamanı deyib.
Z. Əsgərov Avropa İttifaqı ilə dialoqun qurulmasının zəruriliyini vurğulayıb:
«Ümid edirəm ki, EURONEST bu sferada gözlənən ümidləri doğruldacaq və Avropa ailəsinə inteqrasiyaya imkan verəcək. Azərbaycan bu il müstəqilliyinin 20 illiyini qeyd edir. Bu 20 il ərzində çox şeyə nail olunub. Azərbaycan öz gələcəyini Avropada görür. Avropa İttifaqı ilə tərəfdaşlıq qarşılıqlı əməkdaşlığa çevrilib. İnsan hüquqları və digər sahələrdə Avropanın yardımını yüksək qiymətləndiririk. Azərbaycan «Şərq Tərəfdaşlığı» proqramının aktiv iştirakçısı kimi, ötən ilin yayında Avropa İttifaqı ilə assosiativ saziş üzrə danışıqlara başlayıb və ümidvarıq ki, bu danışıqlar uğurla başa çatacaq. Həmçinin ümidvarıq ki, ilini sonuna kimi viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacağıq».
Z. Əsgərov yeni yaradılan Parlament Assambleyası çərçivəsində həlli uzadılmış münaqişələrə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb:
«Azərbaycan hesab edir ki, EURONEST mövcud münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə diqqət ayıracaq. Hesab edirik ki, bu məsələ Avropa İttifaqının əsas maraqlarından biri olmalıdır». /APA/