Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

Myanmada zəlzələdə ölənlərin sayı 40-ı keçib


Myanmanın şimal-şərqində zəlzələdə ölənlərin sayı 40-ı keçib.

6,8 bal gücündə olan zəlzələ dünən olub. Zəzlələnin episentri Myanma ilə Tailandın sərhədində dağlıq ərazidə qeydə alınıb. Bununla belə təkanlar hər iki ölkənin paytaxtında da hiss olunub.

Myanma dövlət radiosunun məlumatına görə, 48 nəfər xəsarət alıb. 200-dən çox ev dağılıb, dağılan tikililər arasında 14 buddist monastırı və 9 hökumət binası da var.
XS
SM
MD
LG