Ukraynanın keçmiş prezidenti Leonid Kuçmaya qarşı jurnalist Qeorqi Qonkadzenin öldürülməsilə bağlı rəsmi ittiham irəli sürülüb.
Bu barədə bu gün Kuçmanın özü baş prokurorluqda ifadə verdikdən sonra məlumat verib.
Kuçma bildirib ki, bazar ertəsinədək sənədlərlə tanış olmalıdır.
Kuçma səlahiyyətlərini aşmaqda və bu işlə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına qanunsuz göstəriş verməkdə şübhəli bilinir.
Qonkadze 2000-ci ilin payızında öldürülüb.
Qətlin iştirakçıları olan 3 keçmiş polis əməkdaşı bir neçə il bundan əvvəl mühakimə olunublar.