Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Sədaqət Əliqızı. Bir göy ümüd















QARABAĞA YÜRÜŞ EDƏK


Nədən daş-torpaq döğuldu bu vətən?
Nə gözündə yaş görən var,
Nə harayına yetən.
Tarix boyu gah fələklə,
Gah düşmənlə vuruşan
Övladı yarımayan anadır pərişan.
Köksündə var Təbriz dərdi,
Ayrı düşüb həm Dərbəndi.
Qarabağdan qan süzülür.
Viran olub bəxti dönüb.
İkiüzlü bu dünyadan ədalət uman Vətən
Ondan-bundan, şirin vədlər alan bizlər .
Daha nəyi gözləyirik?
Yetər qala tikdik dərddən ,
Haydı gəlin, gəlin gedək
Qarabağa yürüş edək.


BİR GÖY ÜMÜD

Axşam yayın bürkülü havası
Əsəbi tarım çəkilən adamların
Qəsdinə durub elə bil ki,

Bu gecə sonu gəlməyən
Ümüdsüzlüyün məngənəsi
Axan ulduzların sevinc
gətirməyən şöləsi
sıxıldıqca sıxılan can!
Alabəzək gecə kəpənəklərinin
Sərxoş rəqsi
ətrafa yayılan saxta qəhqəhələr.
Fələyə yanıq verirmiş təki
Və bir də zülmətdən baş qaldırıb
Tanrıya boylanmağa
Çalışan
bir göy ümüd .
XS
SM
MD
LG