Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Fukusimo stansiyasının 3 əməkdaşı şüalanma alıb


Yaponiyada qəzalı vəziyyətdə olan Fukusimo-Dayiçi atom elektrik stansiyasının 3 əməkdaşı şüalanma alıb.

Onlar 3-cü blokda enerji təhcizatının bərpasıyla məşğul imişlər.

Ölkənin atom təhlükəsizliyi agentliyinin məlumatına görə, onlardan ikisinin dərisi zədələnib və dərhal hospitala ğtürülüblər.

Bu gün stansiyadakı reaktorların soyudulması bərpa olunub.

Dünən 3-cü reaktorun üzərində qara tüstü əmələ gəldiyinə görə, proses dayandırılmışdı.

Rəsmi məlumata görə, martın 11-də Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində 9700 adam ölüb, 16 mindən artıq adam isə itkin düşüb.
XS
SM
MD
LG