Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Pakistanda yeni terrorun qurbanı beş nəfər olub


Pakistanın şimal-qərbində intiharçının bomba partlatması nəticəsində beş nəfər ölüb. Polis rəsmisi Rəşid Xan deyir ki, ondan çox adam da yaralanıb. Hadisə martın 23-də Hangi vilayətində baş verib. Rəşid Xanın sözlərinə görə, ölənlər arasında məmur və dörd nəfər yoldan ötüb-keçən olub. Hangi vilayəti Əl-qaidənin, Taliban və yerli döyüşçülərin olduğu Əfqanıstan sərhədlərinə yaxın ərazidə yerləşir.
XS
SM
MD
LG