Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:26

Adil Cəmil "Ağlaya bilmirəm" (Şeir)



Atamın məzarı önündə düşüncələr

Ağlaya bilmirəm qəbrin önündə -
Göz yaşım gizlicə axır içimə.
Səndən ayrı düşən ağlar günümdə,
Ağlaya bilmirəm, məndən incimə.

Məni ovundurar göz yaşı çətin,
Xəyalım yolundan yığışmır, ata.
O qədər böyükdür sənin həsrətin,
Gözümün yaşına sığışmır, ata.

Ağlaya bilmirəm, bilmirəm üzdə,
Sən - daş sinəlisən, mən - daş ürəkli.
Kölgən ki, var idi başımın üstdə,
Evim sütunluydu, komam dirəkli.

Tükənib taqətim, azalıb gücüm -
Elə bil candərdi yaşayıram mən.
Soyuq torpaq altda yatdığın üçün,
İsti çarpayımda üşüyürəm mən.

Ayrıldın bizlərdən bir qış axşamı,
Əcəl şirin dilli, xoşqılıq imiş.
Yandı qəbrin üstdə ayrılıq şamı,
Ölümün bir adı ayrılıq imiş.

Yuxuya getmisən... yox bir oyadan,
İndi sən hardasan, mən harda, ata?!
"Vətən" deyə-deyə getdin dünyadan,
Qürbət var sən yatan məzarda, ata.

"Azərbaycan" jurnalı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG