Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Koalisiya qüvvələri Tripoli ətrafındakı obyektləri bombalayıb


Beynəlxalq koalisiya qüvvələri Liviyada Gaddafi qüvvələrinin mpvqelərini bombalamaqda davam edir.

Müttəfiq qüvvələrin hərbi təyyarələri çərşənbə günü Tripoli ətrafındakı hava hücumlarından müdafiə qurğuları və Misrata şəhəri yaxınlığındakı obyektləri vurublar.

Nəticədə Gaddafi qüvvələri həmin ərazilərdən tankları keri çəkməli olublar.

NATO ittifaqı bu arada Brüsseldə Liviyadakı əməliyyatlarda iştirakını müzakirə edir.

Fransa istəyir ki, Ərəb Dövlətləri Liqası da daxil olmaqla koalisiya üzvlərindən ibarət xüsusi qrup siyasi nəzarət mexanizmini həyata keçirsin.

Paris, Vaşinqton və London arasında əldə olunmuş razılaşmaya əsasən isə NATO əsasən operativ əməliyyatlara rəhbərlik etməlidir.

Türkiyə bu arada bəyan edib ki, koalisiya qüvvələrinin hava zərbələri mülki sakinlərin müdafiəsilə bağlı BMT-nin qətnaməsindən kənara çıxır.

Amma Türkiyə NATO-nun əməliyyatlarına qoşulmaq üçün bölgəyə 5 hərbi gəmi və sualtı qayıq göndərilməsinə razılıq verib.
XS
SM
MD
LG