Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 05:43

Yəməndə ordu generalı nümayiş tərəfə keçdi

Tanklar və zirehli texnika bu gün Yəmənin paytaxtı Sanaada əsas mövqeləri tutublar.

Ordunun birinci zirehli diviziyasına komandanlıq edən general mayor Əli Möhsün əl-Əhmər deyib ki, o prezident əleyhinə hərəkata qoşulur.

32 ildir ki, Yəməni idarə edən prezident Əli Abdulla Salehin istefasını artıq əsas generallar, qəbilə başçıları və diplomatlar tələb edirlər.

Amerika hökuməti bu gün Yəmən hakimiyyətinə xəbərdarlıq edib ki, Sanaada nümayişçilərə qarşı zorakılıq yolverilməzdir.
This item is part of
XS
SM
MD
LG