Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Yaponiyada təbii fəlakətlərdə ölənlərin sayı 9 mini ötüb


Yaponiyada zəlzələ və sunami zamanı ölənlərin sayı 9 mini ötüb, 12 mindən çox adam itkin düşmüş hesab olunur.

Bu arada təbii fəlakət zamanı soyutma sistemləri sıradan çıxmış Fukushima atom elektrik stansiyasının elektrik təchizatı və soyutma sisteminin işinin bərpası istiqamətində fəaliyyətə başlayıb. Bir qədər əvvəl bildirilirdi ki, ikinci və üçüncü enerji bloklarının üzərində ağ tüstü və buxar yarandığından işlər dayandırılıb.

Beynəlxalq Atom enerjisi agentliyinin rəhbəri Yuki Amano bildirib ki, Fukushima stansiyasında vəziyyət gərgin olaraq qalır, ancaq şübhə etmir ki, vəziyyət düzələcək.
XS
SM
MD
LG