Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:13

Google Pekinin e-mailləri məhdudlaşdırdığını deyir


Martın 21-də Google şirkətindən bildiriblər ki, Çin hökuməti ölkə daxilində elektron poçtlara müdaxilə edərək istifadəçilərin Gmail proqramına daxil olmasına mane olur.

Şirkət məlumat verir ki, onun mühəndisləri özünün əsas səhifəsində və Gmail xidmətində hər hansı texniki problem aşkar etməyiblər. Çinin ərazisindən bu xidmətdən istifadə zamanı ortaya çıxan problemlər yalnız hökumətin sistemə müdaxilələrinin nəticəsidir.

Çində internetdə sosial şəbəkələrə olduqca geniş nəzarət tətbiq edilir. Şimali Afrika ölkələrində bu şəbəkələr vasitəsilə kütləvi etiraz askiyalarının təşkilindən sonra Pekin həmin sahəyəy nəzarətini daha da gücləndirib.
XS
SM
MD
LG