Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:08

İlham Əliyev Qarabağ haqqında danışıb


«ƏGƏR MƏSƏLƏ ÖZ HƏLLİNİ SÜLH YOLU İLƏ TAPARSA...»

«Əgər məsələ öz həllini sülh yolu ilə taparsa əlbəttə ki, hərbi variantdan söhbət gedə bilməz».

Prezident İlham Əliyev martın 19-da Bakıdakı Novruz şənliyində etdiyi çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışarkən belə deyib.

İlham Əliyevə görə, artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqları işğal altındadır və Azərbaycan vətəndaşları bu işğaldan, etnik təmizləmə siyasətindən əziyyət çəkirlər.

«Bu gün güclənən Azərbaycan tam əmindir ki, bu məsələ istənilən yolla öz həllini tapa bilər” deyə prezident bildirib.

İlham Əliyevə görə, ordu quruculuğuna göstərilən diqqət, hərbi xərclərin artırılması, yeni hərbi texnikanın Azərbaycanda istehsal olunması məsələnin ədalətli həlli üçün də əlavə imkanlar yaradacaq».

«BİZ HƏLƏ ÜMİD EDİRİK Kİ, MƏSƏLƏ HƏLLİNİ SÜLH YOLU İLƏ TAPA BİLƏR»

«Biz hələ ümid edirik ki, məsələ həllini sülh yolu ilə tapa bilər. Bunu etmək üçün sadəcə olaraq, Ermənistan tərəfi beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd-şərtsiz icra etməlidir, işğal olunmuş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və sabitlik yarana bilər.

Hazırda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir. Hamı yaxşı bilir ki, bu təhlükəni biz yaratmamışıq və bu münaqişədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir.

Mən ümid edirəm və əminəm ki, məsələ öz həllini tapacaq, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu məsələnin həlli üçün başqa yol yoxdur, ola da bilməz. Azərbaycan xalqı və Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəkdir»- deyə İlham Əliyev bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG