Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Parisdə Liviyaya qarşı hərbi əməliyyatın mümkünlüyü müzakirə olunur


Dünya liderləri Parisdə Liviyaya qarşı hərbi əməliyyatın mümkünlüyünü müzakirə edirlər.

Görüşdə Avropa Birliyi, Ərəb Dövlətləri Liqası ölkələri, habelə BMT-nin baş katibi Ban Ki Moon, ABŞ Dövlət katibi Hillari Clinton və Böyük Britaniyanın baş naziri David Cameron iştirak edirlər.

Beynəlxalq aləm Muammar Gaddafini elan etdiyi atəşkəsi pozmaqda itiham edir.

Üsyançılar hökumət qüvələrinin onların əlində olan Benqazi şəhərinə hücum etdiyini və şəhərin artileriya atəşinə tutulduğunu deyirlər.

Minlərlə yerli sakinin şəhəri tərk etdiyi xəbər verilir.

Liviya hakimiyyəti isə hökumət qüvvələrinin özünümüdafiə məqsədilə atəş açdığını deyir.
XS
SM
MD
LG