Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Bakıda nəqliyyatln hərəkəti məhdudlaşdırılıb


Bayram tədbirlərinə görə Bakının mərkəzi küçələrində nəqliyyatin hərəkəti məhdudlaşdırılıb.

“Niyazi”, “İstiqlaliyyət” küçələri, Qoşa Qala qapısı, “Əziz Əliyev” küçəsi, dənizkənari bulvar boyunca “Neftçilər” prospekti, Azneft dairəsi və əks istiqamətlə “Azadlıq” meydanı, “Üzeyir Hacıbəyov” küçəsi, “Zərifə Əliyeva” prospekti və “Rəsul Rza” küçəsində avtomobillərin saxlanması qadağandır.

Bu ərazilərdə kəsişən digər küçə və prospektlərdə isə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Ümumiyyətlə, “Neftçilər” prospektində əhalinin rahat hərəkəti üçün sürücülərə alternativ yollar tövsiyə olunur və dənizkənari bulvar istiqamətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur.
XS
SM
MD
LG