Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Beynəlxalq aləm Gaddafini atəşkəsi pozmaqda ittiham edir


Beynəlxalq Aləm Liviyanı elan etdiyi atəşkəsi pozmaqda ittiham edir.

Muammar Gaddafiyə sadiq qüvvələrin üsyançıların əsas dayaq məntəqəsi olan Benqazi şəhərinə doğru irəlilədikləri xəbər verilir.

Üsyançıların nümayəndəsi Gaddafi qüvvələrinin qərbdən şəhərə girdiklərini, şəhərin artileriya atəşinə tutulduğunu deyir.

Liviya hakimiyyəti isə ittihamı rədd edir, hökumət qüvvələrinin yalnız özünümüdafiə məqsədilə atəş açdıqlarını deyir.

Avropa Birliyi, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi ölkələri bu gün Parisdə

Liviyadakı vəziyyəti müzakirə edəcəklər.

Söhbət Liviyaya hərbi müdaxilənin mümkünlüyündən gedir.
Sammitdə BMT-nin baş katibi Ban Ki Moon və ABŞ Dövlət Katibi Hillari Klinton da iştirak edəcəklər.

ABŞ prezidenti Barack Obama cümə günü Ağ evdə jurnalistlərə açıqlamasında deyib ki, artıq Muammar Gaddafi xalqın etimadını və legitimliyini itirib.

BMT Liviya üzərində uşuşları qadağan edən qətnamə qəbul edib.

Sənəddə həmçinin dinc sakinləri qorumaq üçün bütün lazımi tədbirlər görülməsi nəzərdə tutulur.

ABŞ prezidenti Barack Obama xəbərdarlıq edib ki, əgər Muammar Gaddafi qətnaməyə əməl etməsə hərbi aksiyayla üzləşə bilər.
XS
SM
MD
LG