Keçid linkləri

2024, 14 İyun, Cümə, Bakı vaxtı 16:32

«Yumurta əməliyyatı» davam edir


Yumurta
Yumurta
«Yumurtanın qiymətinin süni formada qaldırılması ilə bağlı başlanan cinayət işinin istintaqı davam edir».

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinin rəisi Kamran Əliyev deyib.

K. Əliyev cinayət işi ilə əlaqədar saxlananların olub-olmadığı haqda açıqlama verməyib:

«Bunlar istintaq sirridir. İstintaq davam etdiyinə görə nəticələri açıqlaya bilmərəm».

K. Əliyev deyir ki, idarə yaranandan indiyədək 385 cinayət işi üzrə ibtidai istintaq aparılıb, 698 şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib.

Baş Prokurorluğun «Qaynar xətt»inə bu ilin əvvəlindən 747 müraciət daxil olub. Onlar arasında bələdiyyələr, sosial təminat, əmlak məsələləri ilə bağlı şikayətlər üstünlük təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG