Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

«Çayxana-müxalifəti», «Tatlısəsə və Elmara atılan güllələr» və...


Mətbuat icmalı
Mətbuat icmalı
«İFRAT RADİKAL MÜXALİFƏT ÜMUMMİLLİ MARAQLARA ZİDD ADDIMLAR ATIR».

Bu, «Azərbaycan» qəzetinin müxalifətlə bağlı silsilə yazılarından növbəti məqalənin başlığıdır.

Qəzet yazır: «Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur. Bu cür uğursuz aksiyaların qarşısı qətiyyətlə alınacaqdır. Martın 12-də ifrat radikal müxalifət qüvvələri qeyri-qanuni mitinq keçirməyə cəhd göstərdilər. «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun 12-ci maddəsinin III hissəsinin tələbinə riayət etməyən təşkilatçılar hakimiyyət orqanları ilə qarşıdurmaya getməkdə maraqlı olduqlarını növbəti dəfə nümayiş etdirdilər. Ümumi sayı təxminən 150 nəfərədək olan kiçik qruplarla şəhərin mərkəzi hissəsində, əsasən Nizami küçəsi və Fəvvarələr meydanı istiqamətində yürüş keçirməyə cəhd göstərdilər. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları əməkdaşlarının gördüyü tədbirlər nəticəsində qanunsuz aksiya keçirmək cəhdinin qarşısı alınaraq, asayişin kütləvi şəkildə pozulmasına imkan verilmədi».

Məqalə müəllifi müxalifəti «çayxana müxalifəti» adlandıraraq davam edir: «Müdrik xalqımız ötən prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə bu siyasətə alternativin olmadığını bir daha təsdiqlədi. Mövcud imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən «çayxana təfəkkürlü» radikal müxalifət isə tarixin arxivinə qovuşması ilə barışmalıdır. Onların qarşıdurma yaratmaq cəhdlərinin qarşısı isə qətiyyətlə alınmalıdır».

«TATLISƏSƏ VƏ ELMAR HÜSEYNOVA ATILAN GÜLLƏLƏRİN FƏRQİ»

«Yeni Müsavat» qəzeti 18 mart sayında «Tatlısəsə və Elmar Hüseynova atılan güllələrin fərqi»ndən yazır.

«Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsi güllələyən Abdulla Uçmaq hadisəni törətdikdən cəmi 3 gün sonra həbs edildi. Həmçinin, sui-qəsdə bağlılığı olan 20 adam saxlanılıb. Basqında istifadə edilən silah Uçmağın qadın dostunun evində, avtomobil isə Pendikdə tapılıb...» yazan məqalə müəllifi əlavə edir ki, « istək və peşəkarlıq olardısa, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun, general Rail Rzayevin qətlinin üstünü də açmaq olardı. Ən azı ona görə ki, bu cinayətlərin istintaqına türk xəfiyyələri cəlb edilmişdi».

ŞƏHİDLƏR XİYABANI SÖKÜLƏCƏK?

«Azadlıq» qəzetində Ucar rayonuna səfər edən müxbirin reportajı yer alır. Qəzet rayon mərkəzindən azca aralıda yerləşən Şəhidlər xiyabanının dağıdılması ehtimalına toxunur:

«Şəhidlər xiyabanının yaxınlığında qızıl istehsalı ilə məşğul olan «Azqold» müəssisəsi yerləşir. «Azqold» un ətrafı gözəgəlimlidir... Verilən məlumata görə, Şəhidlər xiyabanının yerində Ziya Məmmədovun oğlu A.Məmmədova məxsus bankın binası tikiləcək: «Bu, rayonda gəzən söz-söhbətdir. Amma əminik ki, belə də olacaq. Dəfələrlə bunun şahidi olmuşuq, əvvəlcə xəbər yayırlar, sonra onu həyata keçirirlər...».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG