Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:56

Ermənistanın müxalifət lideri bildirib ki, tələbləri yerinə yetirilməsə ölkədə inqilab baş verə bilər


Ermənistan müxalifəti Yerevandakı Azadlıq meydanında etiraz aksiyasına çıxıb.

Məlumatlara görə müxalifət aksiyanı davam etdirmək barədə polislə razılığa gələ bilib.

Nümayişçilər hökumətin istefasını, ölkədə vaxtındanəvvəl parlament və prezident seçkiləri keçirilməsini tələb edirlər.

Müxalifət lideri, keçmiş prezident Ter Petrosyan bəyan edib ki, əgər hakimiyyət xalqın tələblərini yerinə yetirməsə, ölkədə inqilab baş verə bilər.

O eyni zamanda hakimiyyətlə dialoqun mümkünlüyünü də istisna etməyib və bütün siyasi bəhbusları azad etməyə çağırıb.

2008-ci ildə polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda 10 nəfər ölüb.
XS
SM
MD
LG