Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:39

Ermənistan əsirlikdə olan Azərbaycan əsgərinin qayıtmaq istəmədiyini deyir


Ermənistanın Müdafiə Nazirliyi bu ölkədə əsirlikdə olan Azərbaycan hərbçisi Roman Hüseynovun ölkəsinə qayıtmaq istəməməsi barədə məlumat yayıb.

“Novosti Armenii” agentliyinin yaydığı məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi David Karapetyan bildirib.

Karapetyan Roman Hüseynovun qayıtmaq istəyəcəyi halda, Ermənistanın onu Azərbaycana verməyə hazır olduğunu bildirib.

Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov ötən il avqustun 27-də əsir götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG