Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Beynəlxalq Atom Enerjisi Agentliyi Yaponiyanı xəbərdar edibmiş


Yaponiyada zədələnmiş nüvə reaktorunun operatorları bildiriblər ki, bu gün yenidən hərbi vertoyotların köməyilə havadan su tökərək qızmış reaktorları soyutmağa çalışacaqlar.

Fukusimadakı yüksək radiasiya çərşənbə günü vertolyotlara su tökməyə imkan verməmişdi.

Martın 11-də baş verən zəlzələ və sunami nəticəsində reaktorlar alovdan və partlama səbəbindən ciddi zədə alıb.

Amerikanın baş nüvə tənzimləyicisi bildirib ki, işlədilmiş yanacaq olan hovuzdan suyun tamamilə axması ucbatından radiasiyanın səviyyəsi çox yüksəlib.

BMT-nin nüvə Agentliyi bildirib ki, əgər sərinləşdirici hovuzda su yoxdursa, radioaktiv sızma təhlükəsi var.

Agentliyin başçısı Yukio Amano bu gün böhran haqqında məlumat toplamaq üçün Yaponiyada olmalıdır. Amma onun Fukusimaya gedəcəyi məlum deyil.

Amano Britans Deyli Teleqraf-ın hesabatına şərh verməkdən imtina edib.

Hesabatda bildirilir ki, WikiLeaks-in ABŞ şəbəkələrindən əldə etdiyi məlumata görə, agentlik Yaponiyaya zəlzələnin atom elektrostansiyasına mümkün təsiri barədə xəbərdarlıq edibmiş.

Ziyan çəkmiş əraziyə qar yağır, evakuasiya mərkəzlərində su və yanacaq təminatı qurtarır. Şimalda şaxtalı hava şəraitində təxminən 850 min ev hələ də elektriksiz qalıb.
XS
SM
MD
LG