Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:22

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yaponiyaya gedir


Beynəlxalq Atom Enerjisi Agentliyi Yaponiyada zəlzələ nəticəsində sıradan çıxmış atom elektrik stansiyasında vəziyyətin çox ciddi olduğunu bildirib.

Agentliyin rəhbəri Yukiya Amono vəziyyətə qiymət vermək üçün sabah Yaponiyaya yollanır.

Qeyd edək ki, zəlzələdən sonra Fukusimo stansiyasının bir neçə reaktorunda partlayış baş verib.

Stansiyanın ətrafındakı 20 kilometrlik ərazidən sakinlər köçürülüb.

Zəlzələ və sunami nəticəsində ölən və itkin düşənlərin sayı 12 minə çatıb.

İndiyədək 4 300 nəfərin ölməsi rəsmi təsdiqlənib.
XS
SM
MD
LG