Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 14:27

Ən yaxşı ərəb romanına görə mükafat ilk dəfə qadın yazara verildi


Raca Aləm
Raca Aləm
“Ərəb romanı“ Beynəlxalq Mükafatını ilk dəfə olaraq qadın yazıçı alıb.

Əslən Səudiyyə Ərəbistanından olan Raca Aləm mükafata “Göyərçin boyunbağı” romanına görə layiq görülüb. (CNN)

50 min dollar dəyərində birinci mükafat iki roman arasında bölünüb – Raca Alem baş mükafatı Mərakeşdən olan yazıçı Məhəmməd Axaari də ilə bölüşüb.

Nüfuzlu mükafatın qalibləri Əbu-Dabidə elan edilib.

“Göyərçin boyunbağı” əsərindəki hadisələr Məkkədə baş verir.

Tikinti mafiyası Məkkənin tarixi hissələrini ələ keçirməkdədir.

Əcnəbi fəhlələrin istismarı, cinayətkarlıq, dini ekstremizm də əsərin əsas mövzularındandır.

Özü Məkkəli olan yazıçı deyir:

“Son illərdə Məkkə tamamilə dəyişib. Bir zamanlar dağlarla əhatə edilmiş və mərkəzində möhtəşəm Məscid-ül-Həramın yer aldığı şəhəri indi polad və şüşə konstruksiyadan ibarət göydələnlər tamamilə dəyişdirib.

Məscid indi göydələnlərlə əhatələnmiş dərəyə bənzəyir”

Mükafatı qazanan yazarların əsərləri ingiliscəyə çevrilir.

Müsabiqəyə 17 ölkədən 123 roman təqdim edilmişdi. Keçən il qadın yazarların əsərləri
Məkkə
müsabiqəyə təqdim edilən romanların 16 faizini təşkil edirdi, bu il isə həmin göstərici 29 faizə qalxıb.

“Ərəb romanı“ Beynəlxalq Mükafatı 2007-ci ildə təsis edilib və Londondakı “Booker” Mükafatı Fondu ilə əməkdaşlıq şəraitində keçirilir.

Mükafatı Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu xeyriyyə fondlarından biri – Əmirlik Fondu maliyyələşdirir.

Baş mükafatdan başqa qısa siyahıya əsəri düşən 6 yazarın hər birinə 10 min dollar mükafat verilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG