Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 04:25

Ticarət mərkəzində etiraz aksiyası

Martın 16-da Binə Ticarət Mərkəzində işləyənlər etiraz aksiyası keçirmək istəyiblər.

Burda işləyən sahibkarlar AzadlıqRadiosuna deyiblər ki, onlar yer haqqının baha olmasından narazıdırlar.

«Neçə aydır ki, burda ziyana işləyirik. Üstəlik yer haqqı da çox bahadır. O qədər əlavə xərclər var ki, işləmək mümkün deyil».

Buna görə də sahibkarlar yolu bağlamaq istəyiblər.

Amma Ticarət Mərkəzi mühafizəçilərinin və polislərin səyi nəticəsində aksiya dağıdılıb.
This item is part of
XS
SM
MD
LG