Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Avropa Birliyi və Rusiya nüvə reaktorlarını təftiş edir


Avropa Birliyi ərazisindəki bütün nüvə reaktorları fövqəladə hallara davamlılıq textindən keçiriləcək. Birliyin enerji komissarı Guenther Oettinger deyib ki, bugünkü toplantıda belə razılıq əldə edilib. Razılığa görə, sınaqlar könüllü olacaq və 153 rektorun zəlzələ, sunami, terror hücumu kimi gözlənilməz hallara hazırlığı yoxlanacaq.


Almaniyada Angela Merkel 1980-ci ilə qədər tikiln 7 atom reaktorunun işinin dayandırlacağını bəyan edib.

Rusiyada da Baş nazirVladimir Putinin sərəncamıyla bütün nüvə reaktorları təftiş ediləcək.

İran Prezidenti Mahmud Ahmedinejat isə deyib ki, Yaponiyadakı Fukushima AES-də zəlzələ və sunami üzündən baş verənlərin Buşehr reaktorunda tətkrarlanması mümkün deyil. Çünki bu stansiya daha müasirdir. Ahmedinejat deyib ki, əgər nəsə lap gözlənilməz bir şey baş versə, bu artıq allahın əlində olan bir şeydir.
XS
SM
MD
LG