Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Yaponiyada radiasiya səviyyəsi azalır


Yaponiyadakı Fukuşima AES-də radiasiyanın səviyyəsi düşməyə başlayıb. Yapon rəsmiləri bildiriblər ki, bu gün səhər baş verən yanğın və partlayışdan sonra radiasiya insane həyatı üçün təhlükəli səviyyəyə qalxmışdı, amma yanğın söndürüləndən sonra enməyə başlayıb.

Cümə günü baş verən zəlzəzələ və sunami nəticəsində 3 reaktorunun soyutma sistemi sıradan çıxan stansiyada 3 partlayış da olub. Rəsmilər reaktordan 20 kilometrradiusda yaşayan hər kəsi razini tərk etməyə çağırır, 20-30 kilemtr aralıqdakı insanlara isə evlərindən çıxmamağı tövsiyyə edib.

Paytaxt Tokyoda da bu gün radiasiya səviyyəsi müvəqqəti olaraq bir qədər yüksəlib.

Ümumiliikdə 8.9 bal gücündə zəlzələ nəticəsində artıq 3 minə yaxın öldüyü dəqiqləşib, amma minlərlə adam hələ itkindir.
XS
SM
MD
LG