Yaponiya hökuməti bildirir ki, bu gün insan həyatına təhlükə yarada biləcək səviyyəyə çatandan sonra radiasiyanın səviyyəsi azalıb. Yaponiyanın baş naziri Naoto Kan demişdi ki, zəlzələ və sunamidən zədələnən atom elektrik stansiyasında üçüncü reaktordan da radiasiya yayılır.
Baş nazir keçirdiyi mətbuat konfransında daha çox radiasiya sızması olacağı ilə bağlı xəbərdarlıq edib və Fukusima Dai-ichi zavodundan 30 km uzaqlıqda yaşayan adamları örtülü yerlərə sığınmağa çağırmışdı.
Tokiodan 240 km cənubda radiasiya səviyyəsi artmışdı, amma bu gün azalmağa doğru gedir. Hakimiyyət təsdiqləyib ki, 2700 adam ötən həftənin cümə günü baş verən 8.9 bal gücündə zəlzələdən və sonrakı sunamidən sonra həlak olub, minlərlə adam itkin düşüb.