Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:51

«Akkord»un işçiləri işi dayandırıblar


22 nəfər işdən azad edilib
22 nəfər işdən azad edilib
Martın 15-də səhərdən işi dayandıran «Akkord» Şirkətlər Qrupunun işçilərini müdiriyyət qəbul edib. 22 nəfər işə bərpa olunub. Tez bir zamanda hər bir işçinin əməkhaqqının ödəniləcəyinə söz verilib.

22 NƏFƏR İŞDƏN ÇIXARILIB


Qazax rayonunun Daşsalahlı kəndində sement zavodu tikən «Akkord» Şirkətlər Qrupunun 150-yə yaxın işçisi əmək hüquqlarının pozulmasına etiraz edir.

«Haqqımızı tələb edirik!» şüarı səsləndirən işçilər işdən çıxarılan 22 nəfərin işə bərpa olunmasını, əmək haqlarının vaxtlı-vaxtında verilməsini tələb edirlər.

Şirkətin işçisi Şöhrət Məmmədzadə hüquqları bərpa olunana kimi işə başlamayacaqlarını deyir:

«Biz, «Akkord» Şirkətlər Qrupunun 150 nəfər işçisi işi dayandırmışıq. Dünən zavodun verdiyi yemək bərbad vəziyyətdə idi, yemək yemədik. Müdiriyyət çıxıb dedi ki, palçıqda olsa, yesəniz də budur, yeməsəniz də».

Martın 15-i səhər işə qayıdarkən 22 nəfərə işdən azad edildikləri bildirilib. Onlardan biri - Asəf Qasımov işdən çıxarılmasının səbəbini öyrənə bilmədiyini deyir:

«Burda qarın ağrısına düşən, qaytaranlar oldu. Biz də çıxıb, getdik evimizdə yemək yedik, artıq gec idi deyə, işə qayıtmadıq. İndi 22 nəfəri işdən çıxarıblar. Haqqımızı tələb edə bilmirik, çıxıb bizə heç cavab da vermirlər».

«AKKORD» CAVAB VERİR...

«Akkord» Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin Direktoru Afaq Quliyeva məsələyə yazılı münasibət bildirib.

«Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında tikilən sement zavodda çalışmaq üçün yeni işçilər işə qəbul edilib. Nəticədə, hər ayın yekununda mərkəzi ofisə göndərilən maaş tabellərinin yenidən işlənməsi müəyyən gecikmələrə, işçilərə maaş ödənişinin bir qədər ləngiməsinə səbəb olub».

Afaq Quliyeva işçilərin işi dayandırmadıqlarını, hazırda zavodda bütün işlərin davam etdiyini və məvacib ödənişlərinin də başa çatdırıldığını bildirib.

Onun sözlərinə görə, sement zavodunda işçilərə verilən yeməyin keyfiyyəti və yeməkxananın vəziyyəti ilə istənilən vaxt tanış olmaq mümkündür. Zavodda hər hansı problem, qida zəhərlənməsi halı da baş verməyib.
XS
SM
MD
LG