Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

ABŞ Behreyn hökumətini təmkinli olmağa çağırır


Körfəz ölkələri yerli hökumətə kömək etmək üçün Behreynə qüvvə göndərib. Behreyndə sünni məzhəbli kral hakimiyyətdədir. Ölkənin şiə məzhəbli əhalisi isə ayrı-seçkilik yaradılması üçün hakimiyyət tənqid edir.

Bir neçə həftədir ki, Beyreyndə etiraz aksiyaları başlayıb. Aralarında böyük Şiə partiyası "Vefaq"ın da olduğu Behreyn müxalifəti Körfəz ölkələrinin hərəkətini "elan edilməmiş müharibə" adlandırıb.

ABŞ bildirib ki, 1000 Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvəsinin ölkəyə girməsini basqın hesab etmir, amma Behreyn hökumətini təmkinli davranmağa çağırır.
ABŞ donanmasının Behreyndə Beşinci Flotu yerləşir.
XS
SM
MD
LG