Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:35

Korrupsiya əməliyyatı, hökumətin hesabatı və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti «YUMURTANIN DIŞINDAKI KORRUPSİYA ƏMƏLİYYATI» başlıqlı məqalədə yazır ki, bu əməliyyatları durdura biləcək dövlət adamı yoxdur. Çünki bütün dövlət adamları bu əməliyyatların sayəsində dövlət adamı olaraq qalırlar.

«Dövlət başçısı şəxsən öz təşəbbüsü ilə araşdırma aparandan sonra belə qənaətə gəldi ki, Azərbaycanda toyuq yumurtasının satış qiymətləri ölkə əhalisini var-yoxdan çıxarır, onların həyat məcrasını darmadağın edir, insanlar bu yüksək yumurta qiymətləri üzündən həyatı cəhənnəm əzabı kimi qəbul edirlər. Və dövlət başçısı əmr etdi ki, bundan sonra kimsə cürət edib yumurtanın birini 12.5 qəpikdən baha sata bilməz. İndi isə Azərbaycanda bu proses – yeni yumurta siyasətinə adaptasiya prosesi gedir...».

«Yeni Müsavat» qəzeti «HÖKUMƏT BU GÜN HESABAT VERƏCƏK» adlı məqalədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə bu mövzuda söhbət edib. Ekspert bildirib ki, 2010-cu ildə ölkə iqtisadiyyatının bəxti neftin bahalaşması ilə gətirib.

Qubad İbadoğlu bildirib ki, hesablamalara görə, hər gün Azərbaycana təxminən 81 milyon dollar neft pulu gəlir. Bu isə hər adambaşına gündə neft gəlirlərindən 9 dollar, ayda 270, ildə isə 3240 dolar deməkdir:

«Amma təəssüflər olsun ki, ölkədə bu gəlirlərin ədalətli bölgüsü yoxdur. Xüsusilə də nəsillər arası bölgü nöqteyi-nəzərindən gəlirlərin istifadəsi kifayət qədər suallar doğurur...».

«Bizim yol» qəzetinə müsahibəsində isə vəkil Adil İsmayılov peşəsinin problemlərindən danışıb. Bildirib ki, ötən həftə sonu bir qrup vəkil toplantı keçirib. Dövlət başçısına müraciət etmək qərara alınıb:

«Prezidentə müraciətimizin əsas xətti ondan ibarətdir ki, dövlətdə qanunun aliliyinin, qanunun işləməsinin birinci güzgüsü vəkillikdir. Normal vəkillik olmayan dövlətdə ədalət mühakiməsindən söhbət gedə bilməz. Ona görə də vəkilliyi qaldırmaq lazımdır...».

«Yeni Azərbaycan» qəzetində çıxan «KİÇİK MƏSƏLƏ HAQQINDA BÖYÜK YAZI» adlı məqalə Müsavat Partiyasının martın 12-də keçirdiyi mitinq haqqındadır.

Qəzet yazır ki, mitinqdə mitinqçilərdən çox media təmsilçiləri vardı: «Yalançı «aksiya-şou»suna ciddi siyasi don geyindirmək üçün jurnalistlərin sayının arxasında gizlənən Müsavat partiyası dərk etmədi ki, çəkilən şəkillərdə onların hansı durumda olduqları açıq-aydın göründü. Ən gülməli fakt o idi ki, jurnalistlərin sayı mitinqçilərin sayından əməlli-başlı çox idi. Hətta bəzi hallarda Müsavat funksionerləri jurnalistləri də öz sıralarında təqdim etmək üçün görüntülər yaradırdılar. Bu isə, radikal müxalifətin «güc»ünün göstəricisi idi...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG