Martın 14-də ATƏT-in fəaliyyətdə olan sədri Audronius Ajubalis Xarici İşlər Nazirliyində Bakı səfərinin yekunlarına dair mətbuat konfransı keçirib.
ATƏT sədri bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərin Soçi görüşü danışıqların daha perspektivli olması üçün qapıları açıb.
“Amma ən əsas iş danışıqların davam etdirilməsinə maneə olan halların aradan qaldırılmasıdır. Mən əvvəllər də bildirmişəm ki, snayperlərin cəbhə xəttindən yığışdırılmalıdır. Bir neçə gün bundan öncə cəbhə xəttində baş verən hadisə mənim dediklərimi təsdiq edir”.
ATƏT sədri Azərbaycanda korrupsiyaya qarşı aparılan tədbirləri dəstəklədiklərini bildirib. Azərbaycanda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, partiyalarla dialoqun davam etdirilməsi, mətbuat azadlığının təmin edilməsinin zəruriliyini vurğulayan Audronyus Ajubalis bu məsələdə ATƏT ekspertlərinin yardım göstərməyə hazır olduqlarını bildirib.
A.Ajibalius Azərbaycanın xeyrinə casusluqda ittiham olunan bir qrup xarici, o cümlədən litvalı jurnalistin Ermənistandan sürgün edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyində məsələ qaldıracağını bildirib.