Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Yəməndə etiraz aksiyaları davam edir


Yəmənin paytaxtı Sana və ölkənin başqa şəhərlərində etiraz aksiyaları davam edir. Paytaxta ordu və zirehli texnika yeridilib.

Hərbçilər universitet yaxınlığındakı rayonu mühasirəyə almağa çalışır. Burda bir neçə həftədir ki, minlərlə etirazçı çadır düşərgəsi salıb.

Şahidlərin sözlərinə götə, Taiz şəhərində güllə səsləri eşidilib. Ölkənin cənubundakı al-Haut şəhərində də kütləvi nümayişlər başlayıb.

Bir aydır Yəməndə etiraz aksiyaları keçirilir. Bu müddətdə 30-a yaxın adam həlak olub.

Aksiyaçılar 32 ildir ölkəyə rəhbərlik edən Əli Abdulla Salehin istefasını tələb edirlər.
XS
SM
MD
LG